AZ

Ağdamın bərpası: Deputat şəhərin gözəl gələcəyini təsdiqləyir

Yenidən qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən biri olacaq.

Bu fikirləri QHT.az saytına Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ağdam şəhər gününü qeyd edilməsinə münasibət bildirərkən deyib. O, bildirib ki, hələ işğal dövründə cənab Prezidentin ən çox səfər etdiyi rayonlardan biri Ağdam şəhəri idi:

"Prezident işğal dövründə Ağdam şəhərinə 9 dəfə səfər etmişdir. Bu rekord göstəricidir. İşğaldan sonra isə Prezident İlham Əliyev 2021-ci ilin 28 may Respublika günü Ağdam şəhərinin Baş Planını təsdiq etməklə şəhərin bərpasını intensiv surətdə həyata keçirməyə başlamışdır. Şübhə etmirik ki, yenidən qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən biri olacaq".

S.Qurbanov Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın-fikirlərinin tezliklə gerçəkləşəcəyini bildirib.

Seçilən
26
qht.az

1Mənbələr