AZ

Azərbaycan dünyada etibarlı tərəfdaşa çevrilib

"Azərbaycanda "yaşıl enerji" keçidi strategiyası da uğurla həyata keçirilməkdədir. Ölkəmiz bu gün dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaşa çevrilib". "Olaylar" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib: "Alternativ energetikanın inkişafı məqsədilə bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq bağlanmış müqavilələrə əsasən 2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması nəticəsində 2 min megavat gücündə enerji istehsalı mümkün olacaqdır ki, bu, 2027-ci ildə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 33 %-ə çatdırmağa imkan verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
4
olaylar.az

5Mənbələr