AZ

Gürcüstanda prezident seçkiləri dekabrda baş tuta bilər

Gürcüstan parlamentinin spikeri 2024-cü ildə prezident seçkilərinin keçirilməsini istisna etməyib...

Poliqon xəbər verir ki, Gürcüstanda prezident seçkilərinin tarixini parlament sabah, noyabrın 26-da təyin edəcək. Bu barədə parlamentin spikeri Şalva Papuaşvili bidirib. Spiker qeyd edib ki, dövlət başçısı 2024-cü ildə seçilməlidir. Gürcüstanın baş naziri İrakli Kobaxidze icə bildirib ki, seçkilər 2025-ci ilin yanvarında da keçirilə bilər.

“Sabah parlament prezident seçkilərinin vaxtını təyin edəcək. Müəyyən hallar var ki, onları nəzərə almaq vacibdir. Biz prezidenti beş il müddətinə seçməliyik. Ona görə də prezidentin beş il müddətinə seçilməsi üçün həm seçkilərin, həm də andiçmə mərasiminin bu il baş tutması vacibdir. Ona görə də biz bu tarixi sabah təyin edəcəyik”, deyə Papuaşvili Gürcüstanən İctimai televiziyasına bildirib.

Xatırladaq ki, hazırkı dövlət başçısı Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi ilə altı il müddətinə seçilib. Gürcüstan Konstitusiyasına görə, indi parlamentli respublikada prezidenti parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçki kollegiyası seçəcək.

Salome Zurabişvili bildirib ki, Gürcüstanın Avropaya inteqrasiyasını təşviq etmək üçün ikinci müddətə namizəd ola bilər. Eyni zamanda, o, yenidən prezident seçilməsini oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri ilə əlaqələndirib.

Poliqon.info

Seçilən
16
1
poliqon.info

2Mənbələr