AZ

Ukrayna Qərbin əlində alətə çevrilib: “Bəşəriyyətin məhv olması…”

“Ukrayna özünümüdafiə məntiqi ilə Rusiyadakı hədəflərə qarşı Paris tərəfindən verilən uzunmənzilli SCALP raketlərindən istifadə edə bilər".

Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot “BBC”-yə müsahibəsində deyib.

Prinsip müəyyən edilib. Ukrayna Prezidenti Zelenskiyə göndərdiyimiz mesajlar yaxşı qarşılandı”, - o deyib. 

Lakin Barro bu cür raketlərin artıq bu şəkildə istifadə edilib-edilmədiyini dəqiqləşdirməyib.

Nazir vurğulayıb ki, Qərb müttəfiqlərinin Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstəyi ilə bağlı “qırmızı xətləri” olmamalıdır:

“Prezident Emmanuel Makronun əvvəllər dediyi kimi, bu, Fransanın döyüş bölgəsinə qoşun göndərə biləcəyi anlamına gəlirmi?” sualına Barrot belə cavab verib:

“Paris heç bir variantı güzəştə getmir. Biz Ukraynanı lazım olduğu qədər uzun müddət və intensiv şəkildə dəstəkləyəcəyik. Niyə? Çünki təhlükəsizliyimiz təhlükə altındadır. Rusiya ordusu hər dəfə bir kvadrat kilometr irəlilədikdə Avropaya bir kilometr yaxınlaşır”. 

Nazir, həmçinin əlavə edib ki, Fransa Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət göndərməyə açıqdır və müttəfiqlərini buna inandırmağa çalışır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Barronun müsahibəsini cavablandırıb. O qeyd edib ki, Fransanın Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadəyə verdiyi icazə Ukraynaya dəstək deyil, onu bitirməkdir. 

Xatırladaq ki, “SCALP” Britaniyanın “Fırtına Kölgəsi”nin analoqudur, onlardan aparat və proqram komponentləri ilə fərqlənir.

Noyabrın 17-də məlum olub ki, Prezident Co Bayden Ukraynanın Rusiyaya hücum etmək üçün Amerikanın uzaqmənzilli ATACMS raketlərindən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu qərar Şimali Koreya hərbçilərinin döyüş bölgəsində görünməsinə cavab olub. Bundan sonra Böyük Britaniya Rusiyada “Fırtına Kölgəsi”ndən istifadəyə “yaşıl işıq” yandırıb.

ABŞ və Britaniyadan sonra Fransa da prosesə qoşulur. Bu o deməkdir ki, NATO və Rusiya arasında qarşıdurma kulminasiya nöqtəsinə çatıb. Rusiya buna cavab olaraq NATO -ya qarşı hər hansı cavab tədbirlərinə əl ata bilər? Niyə məhz Fransa da bu prosesə qoşulmağa qərara gəldi? 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ukrayna ABŞ və Avropa ölkələrinin geostrateji və geosiyasi maraqları üçün siyasəti alətə çevrilib:

“ABŞ və onun müttəfiqləri, xüsusilə də Fransa Ukraynanın gələcək taleyi haqqında düşünmür. Qərbdə Ukraynanın taleyi heç kimi maraqlandırmır. Hətta Qərb rəsmiləri çox yaxşı bilirlər ki, hazırkı proseslər Ukraynanın daha da ağır fəlakətə düçar edəcək. 

Qərb Ukraynanı Rusiya önündə məğlub durumuna salır. Qərb, həqiqətən öz maraqları naminə Ukraynanı məhvə sürükləyir. Yüz mindən çox ukraynalı gənc Qərbin maraqlarına xidmət müharibədə həyatını itirib. 

Qərbdə heç kəs Ukrayna dövlətinin və Ukrayna əhalisinin mövcud durumu haqqında düşünmür. Onları ancaq Avropanın təhlükəsizliyinin hər hansı şəkildə təmin olunması maraqlandırır. 

Avropa ölkələri Ukraynaya Avropa məkanın hərbi təhlükəsizliyini təmin edəcək bir bufer zona kimi yanaşırlar. Hesab edirlər ki, Ukrayna ordusu Rusiya qarşısında nə qədər tab gətirməyi bacararsa, Avropa ölkələri öz hərbi potensialını artırmaq üçün zaman qazanmağa çalışacaq. Ukrayna çox faciəli və acınacaqlı duruma düşüb”. 

E.Xalibəyli vurğulayıb ki, ABŞ, Fransa və digər NATO ölkələri Ukraynaya Rusiyanın dərinliklərində hərbi obyektlərə uzaqmənzilli raketlərlə zərbə vurmağa icazə verməsi Ukraynanın müdafiəsi üçün yox, məhz Avropanın təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub:

“Birinci hədəf Rusiyanın daxildən dağılmasına nail olmaq, ikinci hədəf isə Ukrayna müharibəsinin davam etməsinə münbit şərait yaratmaqdır. Bununla da Avropa hərbi təhlükələrdən qorunmaq imkanı qazansın.

Digər əsas hədəfə gəlincə, ABŞ və Avropada bəzi müəyyən dairələr bu yaxınlarda prezident seçilmiş Donald Trampa Rusiya ilə Ukrayna müharibəsinin sona çatması istiqamətində danışıqlar aparmasına əngəl yaratmağa çalışırlar. 

“Rusiyanın NATO qarşısında məğlub olacağı qətiyyən şübhə doğurmur. Belə olan halda Kreml vəziyyətdən çıxmaq üçün son çıxış yoluna, nüvə silahına əl ata bilər. Qarşlıqlı olaraq nvə silahından istifadə bütün bəşəriyyətin məhv olması anlamına gəlir”.

Seçilən
114
12
cebheinfo.az

10Mənbələr