AZ

Sosial paketlə bağlı mühüm açıqlama

Azərbaycan hökumətinin gələn il reallaşdıracağı sosial paket təxminən 3 milyon insanı əhatə edəcək.

 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.

 

"2025-ci ildə çoxşaxəli artımları nəzərdə tutan sosial paket həyata keçiriləcək. Minimum əməkhaqqının və minimum pensiyanın artırılması nəzərdə tutulur. Eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Əhalinin rifahı ilə bağlı dövlət siyasəti özünü büdcənin təkcə sosial deyil, digər xərc istiqamətlərində də biruzə verir", - deyə o qeyd edib.

 

Report

Tarix: 25 Noyabr 2024, 13:46   
Seçilən
5
7
pravda.az

8Mənbələr