AZ

Hesabalama Palatası investisiyaların hesabatlılığının təkmilləşməsinə ehtiyac olduğunu deyir

Əsas kapitala yönəldilmiş investisiyaların hesabatlılılıığının təkmilləşməsinə ehtiyac var. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesabalama Palatasının sədri Vüqar Gülməmmədov deyib. 
 
 
"Dövlət büdcəsinin investisiya xərclərinin statistik hesabatlardakı durumu müqayisə etmişik. Təhlil əhəmiyyətli fərqlərin olduğunu göstərir. Fərqlərin səbəblərini araşdırmağa çalışmışıq. Fərqlərin bir hissəsi metoloji yanaşmalarla bağlı olsa da, digər hissəsi bəzi qurumların statistik hesabatların təqdimetmə intizamındakı problemlərdən irəli gəlir. Qeyd olunan hallar ölkənin makroiqtisadi göstəricilərinə dolğunluğuna təsir edə bilər", - sədr bildirib. 
 
Hazırda Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə gələn ilin büdcəsi müzakirə edilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
6
anews.az

1Mənbələr