"Bu büdcə müstəqillik tarixinin ən böyük büdcəsidir. Nəzərə alsaq ki, 2025-ci ildə bir çox sahələrə vəsaitin ayrılması artacaq, bu o deməkdir ki, büdcə xərcləmələrə uyğundur. 2025-ci ildə 51 faiz qeyri-neft sektorunun payına düşəcək".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
"Büdcə gəlirlərinin açıqlanmasında yeni metodlardan istifadə olunması, subsidiyaların ÜDM-ə təsir etməsi olduqca vacibdir. Füzuli rayonunun 11 qayıdış qəsəbəsində 10 minə yaxın sakin yerləşib. Həmin ərazilərdə təəssüf ki, içməli su yoxdur. Təklif edirəm ki, burada içməli su təmin edilsin".
Türkan