AZ

"Türk aktrisa mənə elə şillə vurdu ki..."

"İndiki gənclər gəlib nə məndən, nə başqa karifey sənətkardan nəsə öyrənmir. Gəl öyrən, goruma aparmayacağam ki. Sən də ol mehriban Xanlarova". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Künc-bucaq" yutub layihəsində danışıb. Aktrisa gənc aktyorların obrazlarını süni canlandırdıqlarını deyib:

 

"Dırnaqarası aktyorlar gəlirlər, deyirlər, 50-100 manat çəkilək. Sabah biz böyük qonorar istəyəndə, razılaşmırlar. Ona görə də sənin ucuz qiymətə çəkdiyin qadının, kişinin oynadığı rol saxta alınır. Mən sənin filmində, serialında canımı qoyuram. Yerə yıxılanda, şillə yeyəndə, ağlayanda doğrudan edirəm. Türkiyədə festival filminə dəvət olundum. Türk aktrisa kiçik bacımı oynayırdı. Ona dedim ki, gerçəkdən şillə vur. İstəmədi, cavab verdim ki, edəcəksən. Yalan olsa, rol saxta alınacaq. Ağrını hiss etməliyəm. Şillə elə oldu ki, qulağımdan səs çıxdı. Özümü sındırmadım, üzümü döndərdim getdim. Hamı şillənin səsinə və mənim dözümümə şokda idi". 

Tarix: 25 Noyabr 2024, 16:17   
Seçilən
34
9
pravda.az

10Mənbələr