AZ

Ədalət Verdiyevi neçə il həbs GÖZLƏYİR...

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev həbs edilib.

 

O, Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

 

Modern.az Cinayət Məcəlləsinin müvafiq maddələrini araşdırıb.

 

Məcəllənin 284.1-ci maddəsinə əsasən, şəxs ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatları yaydıqda, dövlətə xəyanət əlamətləri olmadıqda, onu üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.

 

308.2-ci maddəyə görə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Beləliklə, Ədalət Verdiyevə irəli sürülən ittihamlar sübut edilərsə, onu ən çoxu 13 ilə qədər həbs gözləyir .

Seçilən
13
2
modern.az

3Mənbələr