AZ

Bakı Metropoliteni yeni nəsil qatarların təmiri üçün "ROAD-PRO" ilə müqavilə bağlayıb

"Bakı Metropoliteni" QSC, balansında olan yeni nəsil qatarların elektron avadanlıqlarının komponent səviyyəsində zəmanətli təmirini həyata keçirəcək.

Fins.az, Dövlət satınalmalarının vahid internet portalından əldə edilən məlumata istinadən xəbər verir ki,  dünya istehsalçılarının müxtəlif təyinatlı elektron idarəetmə və funksional avadanlıqları ilə yanaşı, mikrikontrollerlərin proqramlaşdırılması işləri də icra ediləcək.

Bu işlərin icrası üçün "Bakı Metropoliteni" QSC "ROAD-PRO" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1 milyon 39 min 414 manat 8 qəpik dəyərində müqavilə bağlayıb.
 

Zemfira Ms
Fins.az

  

Seçilən
15
16
fins.az

10Mənbələr