AZ

NATO Rusiya və Çinin Arktikadakı fəaliyyətini “pis xəbər” hesab edir » AzadMedia.az


NATO Rusiya və Çinin Arktikada fəaliyyətinin aktivləşməsini problem hesab edir və onun həlli yollarını öyrənir. Bunu NATO baş katibinin müavini Boris Ruge deyib.

Kanadada alyans ölkələrinin plenar parlament assambleyasında çıxış edən Ruge “Arktikanın dinamik region olduğunu” qeyd edərək, İsveç və Finlandiyanın NATO-ya daxil olmasından məmnunluğunu ifadə edib.

“Bizim üçün pis xəbər odur ki, biz orada Rusiya və Çinin çox aktiv fəaliyyətini görürük. Biz müşahidə edirik və bu problemi necə həll edəcəyimizi müzakirə edirik.

Oktyabrın 3-də Kanada və Şimali Avropanın Rusiya və Çinə qarşı arktik koalisiya yaradacağı xəbəri yayılmışdı. O, müdafiə, kəşfiyyat və kibertəhdidlər sahəsində fəaliyyətlərin əlaqələndirilməsi platformasına çevriləcək.
Seçilən
15
1
azadmedia.az

2Mənbələr