AZ

Qazaxıstanda zəlzələ oldu

Qazaxıstanın Jetısu bölgəsində 5,3 bal gücündə zəlzələ baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Çinlə sərhəddə yerləşən Jarkent şəhərindən 40 km aralıda, ocağı isə 8 km dərinlikdə yerləşib

Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur.


Seçilən
2
12
bakupost.az

10Mənbələr