AZ

İsrail Hizbullaha silah daşınan gizli yolları vurdu

Noyabrın 25-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədi boyunca Hizbullaha silah qaçaqmalçılığı üçün istifadə edilən marşrutlara zərbələr endirib.

KONKRET.az xəbər verir ki, hücum Suriya rejiminin bölgədəki qaçaqmalçılıq marşrutlarına dəstəyinin davamıdır.İsrail Müdafiə Nazirliyinin məlumatında deyilir: “Bu, İsrail ordusunun “Hizbullah 4400” bölməsinin imkanlarını zəiflətmək istiqamətində davam edən növbəti əməliyyatdır”.  Məlumatda daha sonra qeyd edilir ki, Suriya rejiminin dəstəyi ilə Hizbullah öz terror fəaliyyətləri üçün mülki infrastrukturdan sistemli şəkildə istifadə etməyə davam edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
56
50
konkret.az

10Mənbələr