AZ

Azərbaycanda Vergi Məcəlləsinə 206 dəyişiklik edilib

Bakı. Trend:

2021-2023-cü illərdə Vergi Məcəlləsinə ümumilikdə 206 dəyişiklikedilib.

Trend xəbər verir ki, bunuDövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicatİmanov "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onunnəticələri” mövzusunda keçirilən tədbirdə deyib.

"Qeyd olunan illər ərzində inzibatçılığın təkmilləşdirilməsi vəbeynəlxalq reytinqlərdə mövqeyin qorunması ilə bağlı 82 dəyişiklikedilib.

Eyni zamanda, vergi yükünün optimallaşdırılması və sosialxarakterli dəyişiklərlə əlaqədar 76, vergi tutma bazasınıngenişləndirilməsi və kölgə iqtisadiyyatı ilə mübarizə ilə əlaqədarisə 48 dəyişiklik edilib", - deyə o bildirib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidməti tərəfindən “Biznes assosiasiyaları və sahibkarlarlaəməkdaşlıq və onun nəticələri” mövzusunda tədbir keçirilir.

Tədbirdə son illər ərzində, eləcə də, növbəti il üçün vergiqanunvericiliyində, inzibatçılığında edilmiş və edilməsi nəzərdətutulan dəyişikliklərlə bağlı, eyni zamanda, bu fəaliyyətprosesində aidiyyəti dövlət qurumları və biznes assosiasiyaları,sahibkarlıq subyektləri ilə birgə yaradılan qarşılıqlı əməkdaşlıqformatının nəticələri barədə təqdimatın həyata keçirilməsi nəzərdətutulur.

Tədbirdə Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayevavə İlkin Vəliyev, Prezident Administrasiyasının sektor müdiri VüsalŞıxəliyev, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Vergisiyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev və digər rəsmişəxslər, eləcə də ekspertlər iştirak edirlər.

Seçilən
32
3
az.trend.az

10Mənbələr