AZ

Azərbaycanda e-ticarət bazarının bu il 2 milyard dollara çatacağı gözlənilir

Bakı.Trend:

Vizyonumuz bütün satıcılarımızı elektron ixracatçıyaçevirməkdir.

Trend xəbər verir ki, bunu“Trendyol Group”un beynəlxalq genişlənmə şöbəsinin rəhbəri İremÇağrı Yılandil Bakıda keçirilən "Turan E-Ticarət və İxracatForumu"nda bildirib.

O qeyd edib ki, Azərbaycanın güclü iqtisadi əsasları, canlıticarət mühiti və dinamik inkişafı var. Buradakı e-ticarətbazarının bu il 2 milyard dollara çatacağı və 2030-cu ilə qədər həril 13% artacağı gözlənilir.

“Biz investisiya qoymaq, təcrübəmizi bölüşmək, müştərilərimiz vəbiznes tərəfdaşlarımızla böyümək üçün Azərbaycandayıq.

Birlikdə e-ticarətin gələcəyini formalaşdırmaq və hər kəs üçünqalıcı imkanlar yaratmaq gücümüz olduğuna inanırıq”, - deyə o qeydedib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Founder Club" və AzərbaycanFrançayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanıniqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərintanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumukeçirilir.

Seçilən
5
2
az.trend.az

4Mənbələr