AZ

Azərbaycanda avtobus istehsalçılarının ƏDV-dən azad olunması nəzərdə tutulur

Bakı. Trend:

Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də yerli avtobusistehsalçılarına vergi güzəştlərinin verilməsi ilə bağlıdır.

Trend xəbər verir ki, bunuİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergisiyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev "Biznesassosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri”mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, hətta 2023-cü ildən başlayaraq yerli istehsalolan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV)azad olunması nəzərdə tutulur:

"Eyni zamanda, minik avtomobillərinin istehsalı ilə bağlıehtiyyat hissələrinin idxalı da ƏDV-dən azaddır.
Bu kontekstdə ölkədə avtomobil sənayesinin inkişafına təkan vermək,həmçinin, "yaşıl iqtisadiyyat"a keçidin də bir növ dəstəklənməsiməqsədilə növbəti ildən yerli avtobus istehsalının da 8 ilmüddətinə ƏDV-dən azad olunması nəzərdə tutulur.

Eyni zamanda həmin istehsal məqsədləri üçün idxal olunacaqehtiyyat hissələrinin də ƏDV-dən azad olunması layihəyə daxiledilib".

Seçilən
21
1
az.trend.az

4Mənbələr