AZ

Fransa Rusiyanın pulu ilə Kiyevə silah alır

Fransa Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə edərək Ukraynaya zenit-raket kompleksləri və digər silahlar tədarük etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Almaniya, Böyük Britaniya, İtaliya və Polşa müdafiə nazirləri ilə danışıqlardan sonra deyib.

“Fransız vergi ödəyiciləri Ukraynaya dəstəyimizi maliyyələşdirmək üçün yeni variantlar tapdığımızı bilməkdən məmnun olacaqlar. Yaxın həftələrdə bu istiqamətdə tədbirlər görəcəyik, xüsusən də Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Kiyevə “Mistral” hava hücumundan müdafiə raketləri, eləcə də digər silahları İtaliya ilə birgə tədarük edəcəyik”, - o bildirib.

Onun sözlərinə görə, Fransa Ukrayna əsgərlərinin təlimini davam etdirəcək və bunun üçün imkanları artırmağa hazırlaşır:

“Bu yaxınlarda Şampani təlim bazalarında təlim keçən Ukraynanın “Anna Kiyevskaya” briqadasının 2300 əsgəri Ukraynaya göndərilib”.

Seçilən
17
3
axar.az

4Mənbələr