AZ

Ruslar Ukrayna ərazisinə rekord sayda raket və pilosuz təyyarə ilə hücum edib

Noyabrın 26-na keçən gecə Rusiya ordusu “İsgəndər-M” ballistik raketləri ilə Ukraynaya hücum edib və rekord sayda “Sahed” hücum PUA-sı və naməlum pilotsuz uçan aparatları işə salıb.

Hava hücumundan müdafiə qüvvələri 76 pilotsuz uçan aparatı məhv edib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Telegram-da məlumat yayıb. Radiotexnika qoşunları 192 hava hədəfini: dörd “İsgəndər-M” ballistik raketi və 188 PUA-nı aşkar edib və izləyib. İşğalçılar Voronej və Kursk vilayətlərindən də ballistika ilə hücuma keçiblər. Pilotsuz təyyarələr Orel, Bryansk, Kursk və Primorsko-Axtarskdan buraxılıb.

Silahlı Qüvvələrin bəyanatında deyilir ki, hava hücumundan müdafiə vasitələri Kiyev, Çerkassı, Kirovoqrad, Çerniqov, Sumı, Xarkov, Poltava, Jitomir, Xmelnitski, Vinnitsa, Çernivtsi, Ternopil, Rivne, Zaporojye, Dnepropetrovsk, Odessa və Nikolayev vilayətlərində fəaliyyət göstərib. 95 pilotsuz təyyarənin lokasiyası itib. Çox güman ki, müdafiə qüvvələrinin elektron döyüş qüvvələrinə fəal müqavimət göstərdiyi üçün beş pilotsuz təyyarə Belarusa doğru uçub.

Rusiya hücumu kritik infrastrukturun vurulması ilə nəticələnib. Həmçinin PUA-nın zərbəsi nəticəsində bir neçə rayonda fərdi və yaşayış binalarına ziyan dəyib. Hərbçilərin məlumatına görə, ilkin olaraq itki və xəsarət alan olmayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr