AZ

İran Azərbaycanda tibb sahələri üzrə verilən diplomları tanımır


İranın Elm və Səhiyyə nazirliklərinin elanına əsasən, Azərbaycan ali məktəblərinin doktorantura və tibb elmləri üzrə elmi dərəcələri etibarsız sayılır.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Elm Nazirliyinin nümayəndəsi Hamed Taqafi bildirib.
Onun sözlərinə görə, xarici universitetlərin qiymətləndirilməsində əsas meyarlardan biri qlobal reytinq sistemlərindən istifadə edilməsidir:
“Dünya universitetləri bizim meyarlarımıza uyğun olaraq sıralanırsa, onlar qiymətləndirmə sistemimizə daxil edilirlər. Bu qiymətləndirmədə universitetlər üç qrupa bölünür: A (premium universitetlər), B (yaxşı universitetlər) və C (orta universitetlər). A və B dərəcəsində yer alan universitetlər tələbənin doktorantura səviyyəsinə qədər oxuduğu təqdirdə təsdiq edilməsi üçün heç bir maneəsi olmayan universitetlərdir. Lakin C dərəcəsində yer alan universitetlər tələbələrin magistratura səviyyəsinə qədər təhsil ala biləcəyi universitetlərdir və əgər onlar orada doktoranturada oxuyurlarsa, bunu qiymətləndirmək mümkün deyil”, - H.Taqafi bildirib.
Nazirliyin nümayəndəsi qeyd edib ki, Azərbaycan universitetləri qlobal reytinq siyahısında yüksək yer tutmadıqlarına görə, yalnız bir sıra universitetlər reytinq cədvəlində C dərəcəsində qərarlaşır. Bu universitetlər isə yalnız bakalavr və magistr pillələri üçün yararlıdır.
Seçilən
26
8
yeniavaz.com

9Mənbələr