AZ

Avrokomissiya Bakıya qarşı əsassız ittihamları rədd etdi- Azərbaycan qazının mənşəyi tam şəffafdır...

Image

Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına (Aİ) Rusiya qazı daşınmır. Trend xəbər verir ki,bu barədə Avropa Komissiyasının iqlim və energetika məsələləri üzrə nümayəndəsi Tim Makfi Bakıya qarşı Rusiya qazının tədarükü ilə bağlı irəli sürülən əsassız iddialara cavab verərkən bildirib.

"Aİ bazarlarına tədarükü təmin edən Cənub Qaz Dəhlizi yalnız Azərbaycanın qaz yataqları ilə bağlıdır və ölkənin daha geniş milli qaz sisteminə inteqrasiya olunmayıb. Bu səbəbdən, Cənub Qaz Dəhlizi vasitəsilə Rusiya qazı Avropa İttifaqına ixrac edilmir.

Məlumatlarımıza görə, son iki ildə Azərbaycan daxili istehlak üçün Rusiyadan ildə 1 milyard kubmetrdən az qaz idxal edib. Halbuki Azərbaycanın ümumi qaz ixracı təxminən 24 milyard kubmetr təşkil edir ki, bunun təxminən yarısı Aİ bazarlarına göndərilir. Dediyim kimi, Rusiya qazından imtina etmək məqsədimiz tamamilə aydındır və Azərbaycandan idxal olunan qazın mənşəyi də tam şəffafdır", – o, gündəlik brifinqdə qeyd edib.

2022-ci ilin iyulunda Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünü cari səviyyə ilə müqayisədə 2027-ci ilə qədər illik 20 milyard kubmetrə qədər artırmaq barədə razılığa gəliblər.

Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarükü 31 dekabr 2020-ci ildə başlayıb. Qaz kəməri Xəzər dənizi regionunu Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına birləşdirir.

Layihənin reallaşdırılmasına çəkilən 33 milyard dollarlıq xərclərin, əvvəlcədən planlaşdırılan 45 milyard dollardan xeyli az olduğu və 8-10 il ərzində özünü doğruldacağı gözlənilir.





Seçilən
8
3
baki-xeber.com

4Mənbələr