AZ

Putindən MDB ölkələrinə: “Birlikdə hərəkət etməliyik”

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin kəşfiyyat və təhlükəsizlik xidmətləri arasında konstruktiv əməkdaşlığın bugünkü geosiyasi gərginlikdə zərurət olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin Moskvada keçirilən sessiyasının iştirakçılarına ünvanladığı müraciətində bildirib.

“MDB və qonşu regionlar daxilində sabitliyin pozulmasına yol verməmək vacibdir. Bunun üçün əvvəlki kimi kollektiv təhlükəsizliyə hər hansı neqativ tendensiya və potensial təhlükə müəyyən edilməlidir”, - Putin vurğulayıb.

Rusiya prezidentinin sözlərinə görə, təhlükəsizliyin gücləndirilməsi üçün kəşfiyyat xidmətləri təhdidləri öyrənməklə yanaşı, bunların inkişafını proqnozlaşdırmalı, məlumat və iş təcrübəsi mübadiləsi aparmalıdır:

“Əminəm ki, bu məsləhətləşmə dövlətlərimiz və xalqlarımızın əməkdaşlığının dərinləşməsi üçün əlamətdar mərhələ olacaq, MDB məkanında sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək”.

Putinin fikrincə, belə görüşlər kəskin, aktual, peşəkar məsələləri müzakirə etməyə, MDB ölkələrini daxili və xarici təhlükələrdən qorumaq üçün həll yollarını birgə işləyib hazırlamağa, cari çağırışlar fonunda kəşfiyyat xidmətləri arasında əməkdaşlığın yeni forma və mexanizmlərini qurmağa imkan verir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
9
teleqraf.com

1Mənbələr