AZ

BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək (FOTO)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri Hökuməti həmin ölkənin AzərbaycanRespublikasındakı Səfirliyi vasitəsilə Azərbaycan Respublikasındahəyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyədəstəyi göstərəcək.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Respublikası MinatəmizləməAgentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Azərbaycan Respublikası MinatəmizləməAgentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və BirləşmişƏrəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriMəhəmməd Əl Bluşi arasında Anlaşma Memorandumu imzalanıb.

Fəaliyyət çərçivəsində Agentliyin müvafiq minatəmizləməfəaliyyətinin dəstəklənməsi, texniki potensialının gücləndirilməsi,zəruri avadanlıqların alınması, habelə keçmiş təmas xətti boyuyerləşən ərazilərdə mina təhlükəsinə qarşı maarifləndirmətədbirlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

İmzalanma mərasimi çərçivəsində tərəflər arasında görüşkeçirilib. Vüqar Süleymanov Birləşmiş Ərəb ƏmirliklərininAzərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətləri üçüntöhfəsinə görə qarşı tərəfə təşəkkür edib.

Görüşdə qonağa işğaldan azad olunmuş ərazilərin mina və digərpartlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcudproblemin aradan qaldırılması istiqamətində icra ediləngenişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflıməlumat verilib. Həmçinin, Azərbaycanın üzləşdiyi mina problemi iləmübarizədə beynəlxalq resursların cəlb olunmasının önəmi vətərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

Səfir Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb Əmirlikləri tərəfindəngöstərilən bu yardımı dost Azərbaycan Respublikasının humanitarminatəmizləmə fəaliyyətinə dəstək məqsədilə həyata keçirildiyinidiqqətə çatdırıb.

Görüş zamanı həmçinin tərəflər arasında mina təhlükəsi iləmübarizə fəaliyyətinə göstərilən dəstək və bu sahədə əməkdaşlığıngələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsiaparılıb.

BƏƏ
BƏƏ
BƏƏ
BƏƏ
BƏƏ
BƏƏ
Məqalədə:
Seçilən
7
18
az.trend.az

10Mənbələr