AZ

"​NATO Rusiyaya qabaqlayıcı hücumlar həyata keçirə bilər"

NATO Rusiyaya qabaqlayıcı hücumlar həyata keçirmək üçün məsləhətləşmələr aparır.

EDnews xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri admiral Rob Bauer açıqlama verib. O bildirib ki, NATO və Rusiya arasında silahlı münaqişə yaranarsa, hərbi alyans Rusiya ərazisinə yüksək dəqiqlikli silahlarla qabaqlayıcı hücumların həyata keçirilməsi ilə bağlı müzakirə aparır. Brüsseldə keçirdiyi mətbuat konfransında NATO arsenalının vəziyyətindən danışan Bauer, Rusiyaya hücum ehtimalını istisna etmədiklərini qeyd edib.

Bauer, “Tükənmiş silah ehtiyatlarımızı doldurmalıyıq. Lakin biz həmçinin hava hücumundan müdafiə sistemlərinə, dəqiq hücum sistemlərinə daha çox sərmayə qoymalıyıq. Bu, NATO-da yeni bir müzakirədir və və bizim müdafiə ittifaqı olmağımız hücuma məruz qalana qədər gözləyib sonra cavab verməliyik fikrinə olan baxışımız dəyişdiyi üçün şadam” - deyə bildiri

Seçilən
12
1
ednews.net

7Mənbələr