Azərbaycanlıların toyunda ŞOK HADİSƏ - 7 yaralı var!
Titul.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsinin Dəllər kəndində baş vermiş insident zamanı 7 nəfər bıçaqlanıb.
hadisə toy mərasimində baş verib. Məlumata görə, toyda rayonun Dəllər və Darvaz kəndlərindən olan gənclər arasında yaranmış mübahisə kütləvi davaya çevrilib.
Əlbəyaxa dava zamanı Dəllər kəndindən 6 nəfər, Darvaz kəndindən isə 1 nəfər bıçaqlanıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu, onlardan birinin reanimasiyaya yerləşdirildiyi bildirilib.
Faktla əlaqədar cinayət işi açılıb, istintaq çərçivəsində iki nəfər saxlanılıb.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!