Dekabrın 6-da Rusiya prezidenti Vladimir Putin Rusiya və Belarus İttifaq Dövlətinin Ali Dövlət Şurasının Minskdə keçiriləcək iclasında iştirak edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
O qeyd edib ki, Rusiya prezidenti kifayət qədər gərgin və aktiv iş qrafiki müəyyən edib.
“Dekabrın 6-da Minskdə İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası keçiriləcək. İclas İttifaq dövlətinin yaradılması haqqında sazişin 25-ci ildönümünə təsadüf edir”, - deyə Uşakov bildirib.
Oktyabrda Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşü zamanı Moskva ilə Minsk arasında əməkdaşlığın, o cümlədən təhlükəsizlik məsələlərində də inkişaf edəcəyini bildirmişdi.
Həmin görüşdə Rusiya prezidenti deyib ki, Moskva və Minskin sənaye layihələrində, o cümlədən aviasiya sahəsində bir-birini tamamlamaq imkanı var.
Bundan əvvəl Minsk bəyan etmişdi ki, Putin və Lukaşenko dünyadakı vəziyyətə eyni qiymət verirlər.
Miri