EN

Putin dekabrın 6-da Minskə səfər edəcək

Dekabrın 6-da Rusiya prezidenti Vladimir Putin Rusiya və Belarus İttifaq Dövlətinin Ali Dövlət Şurasının Minskdə keçiriləcək iclasında iştirak edəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

O qeyd edib ki, Rusiya prezidenti kifayət qədər gərgin və aktiv iş qrafiki müəyyən edib.

“Dekabrın 6-da Minskdə İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası keçiriləcək. İclas İttifaq dövlətinin yaradılması haqqında sazişin 25-ci ildönümünə təsadüf edir”, - deyə Uşakov bildirib.

Oktyabrda Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşü zamanı Moskva ilə Minsk arasında əməkdaşlığın, o cümlədən təhlükəsizlik məsələlərində də inkişaf edəcəyini bildirmişdi.

Həmin görüşdə Rusiya prezidenti deyib ki, Moskva və Minskin sənaye layihələrində, o cümlədən aviasiya sahəsində bir-birini tamamlamaq imkanı var.

Bundan əvvəl Minsk bəyan etmişdi ki, Putin və Lukaşenko dünyadakı vəziyyətə eyni qiymət verirlər.

 

Miri

 

Chosen
4
oxu24.com

1Sources