Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İİV/AİDS üzrə Birgə Proqramının bəyanatında deyilir.
"Dünya 2030-cu ilə qədər QİÇS-in ictimai sağlamlıq təhlükəsi kimi aradan qaldırılmasına nail ola bilər. Ancaq liderlər HİV ilə yaşayan və risk altında olan bütün insanların insan hüquqlarını qorumalıdır"- deyə bəyanatda bildirilib.
UNAIDS-in məlumatına görə, hazırda dünyada İİV diaqnozu qoyulmuş 39,9 milyon insan var. Onlardan 9,3 milyonunun hələ də müalicə almaq imkanı yoxdur.
Təşkilat xatırladıb ki, 2021-ci ildə ölkələr İİV xidmətlərinə qoyulan məhdudiyyətlərin sayını azaltmağı öhdələrinə götürüblər.
Əfsanə Kamal
Demokrat.az