EN

BMT: QİÇS artıq ictimai sağlamlıq təhlükəsi ola bilməz

2030-cu ilə qədər QİÇS artıq ictimai sağlamlıq təhlükəsi ola bilməz.

Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İİV/AİDS üzrə Birgə Proqramının bəyanatında deyilir.

"Dünya 2030-cu ilə qədər QİÇS-in ictimai sağlamlıq təhlükəsi kimi aradan qaldırılmasına nail ola bilər. Ancaq liderlər HİV ilə yaşayan və risk altında olan bütün insanların insan hüquqlarını qorumalıdır"- deyə bəyanatda bildirilib. 

UNAIDS-in məlumatına görə, hazırda dünyada İİV diaqnozu qoyulmuş 39,9 milyon insan var. Onlardan 9,3 milyonunun hələ də müalicə almaq imkanı yoxdur.

Təşkilat xatırladıb ki, 2021-ci ildə ölkələr İİV xidmətlərinə qoyulan məhdudiyyətlərin sayını azaltmağı öhdələrinə götürüblər. 


Əfsanə Kamal
Demokrat.az
Chosen
19
demokrat.az

1Sources