Ordubad stansiyasından 50 kilometr cənub-şərqdə - İran ərazisində zəlzələ qeydə alınıb.
SİA xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindənverilən məlumata görə, yerli vaxtla saat 20:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,4-ə bərabər olub.Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubad şəhərində 3 bala qədər hiss olunub.