AZ

"Abşeron"un baş məşqçisi: "Qalib gələ biləcəyimiz qarşılaşmanı uduzduq"

"Abşeron" klubunun baş məşqçisi Erhan Toker "Naxçıvan"a qarşı Azərbaycan Basketbol Liqasının IV turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis görüş barədə fikirlərini bildirib.

"Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi. Oyun üslubumuzu inkişaf etdirmişik. İlk dövrələrdə bunu sübut etdik. Yaxşı oyun sərgilədik. Rəqib komanda sərt oynamağa başlayanda biz öz oyun üslubumuzu itirdik. Çünki görüşün baş hakimi qayda pozuntuları zamanı matçı saxlamırdı. Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi. Qalib gələ biləcəyimiz qarşılaşmanı uduzduq. Bəzi legioner oyunçularımızın yetəri qədər təcrübəsi yoxdur. Bu isə biz məşqçilərin işidir. Onları inkişaf etdirmək və lazımı səviyyəyə çatdırmalıyıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".

Qeyd edək ki, "Abşeron" - "Naxçıvan" qarşılaşması qərblilərin 72:68 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sumqayıt”dan yeni transfer - RƏSMİ

“Neftçi”dən 3 transfer - RƏSMİ

“Naxçıvan” NTD-ni məğlub edib

Basketbol Federasiyası məşhur portalla müqavilə imzaladı

Millimiz məğlub olub

Seçilən
1
1
apasport.az

2Mənbələr