AZ

ABŞ Azərbaycanın NATO ilə tərəfdaşlığını yüksək qiymətləndirir

ABŞ Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında  aktiv rolunu və NATO ilə tərəfdaşlıq üzrə davamlı öhdəliyini yüksək qiymətləndirir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyi münasibətilə yaydığı məlumatda deyilir.

ABŞ səfirliyinin hərbi ataşesi, polkovnik Kayl Koun və ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Soniya Vettşteyn Azərbaycan Xarici İşlər Nazirliyinin  təşkil etdiyi elmi konfransda iştirak ediblər.

“Biz Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq Proqramının məqsədlərinə doğru irəliləyişini, ikitərəfli təhlükəsizlik əməkdaşlığı çərçivəsində, xüsusən də İstanbulda keçirilən birgə təlim konfransında iştirakı vasitəsilə dəstəkləyirik”, - ABŞ səfirliyinin məlumatında deyilir.

Seçilən
31
14
turan.az

10Mənbələr