AZ

Şamaxıda çökən yol tezliklə təmir ediləcək - RƏSMİ AÇIQLAMA

Şamaxının Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmənin baş verdiyi əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 saylı “Xüsusi Təyinatlı Yol İstismarı” MMC-in əməkdaşları tərəfindən baxış keçirilib.

Bizim.Media xəbər verir ki, İdarənin baş mühəndisi Kənan Babaşov AZƏRTAC-a bildirib ki, son günlər yağan intensiv yağışlar, sel suları, zəlzələlər yol infrastrukturuna ziyan vurub.

Buna baxmayaraq, Şamaxının Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda gediş-gəliş dayanmamışdır. Hazırda əlverişsiz hava şəraitinə görə ərazidə təmir işləri aparılmasa da, tezliklə yolda təmir-bərpa işlərinə başlanılacaq.

Xatırladaq ki, torpaq sürüşməsi nəticəsində yolun bəzi yerləri dağılıb, asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda il ərzində üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir.



Bizim.Media

Seçilən
6
2
bizim.media

3Mənbələr