İngiltərə Futbol Assosiasiyası (FA) hakim Devid Kutun matça mərc etmək iddiası ilə bağlı araşdırma aparır.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
İttihamlar 2019-cu ilin oktyabrın 1-də "Lids" - "Vest Bromviç" arasında keçirilən Çempioşip matçı ilə bağlıdır. Kut "Lids"in futbolçusu Ezjan Alioskinin sarı vərəqəsinə mərc edən tanışı ilə anlaşıb. Matçın 18-ci dəqiqəsində hakim adıçəkilən oyunçuya sarı vərəqə göstərib.
Devid Kut daha 2 qalmaqalın iştirakçısıdır. O, "Liverpul"u və sabiq baş məşqçisi Yurgen Kloopu təhqir edib. Bir neçə gün sonra isə onun Avro-2024-də çalışarkən narkotik maddə qəbul etməsi ilə bağlı video yayılıb.