AZ

Luis Suares ABŞ klubu ilə müqavilə müddətini artırıb

ABŞ təmsilçisi "İnter Mayami"nin hücumçusu Luis Suares komandası ilə müqavilə müddətini artırıb.

"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun yeni sözləşməsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.

Uruqvaylı oyunçu "İnter Mayami"yə 2024-cü ilin əvvəlində azad agent kimi qoşulub. O, bu klubun heyətində 37 matçda 25 qol vurub.

Qeyd edək ki, L.Suares "Barselona", "Liverpul", "Atletiko" (Madrid) və "Ayaks" kimi klublarda çıxış edib.

Seçilən
28
7
far.az

9Mənbələr