“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının sonuna qədər komanda ilə yeni müqavilə imzalamağa yaxındır.
Publika.az xəbər verir ki, tərəflər arasındakı hazırkı müqavilə 2025-ci ilin dekabrına qədər qüvvədədir. Bu barədə jurnalist Qaston Edul “X” sosial şəbəkəsində məlumat verib.
Edul əlavə edir ki, tərəflər müqaviləni uzatmağa yaxındırlar.