AZ

İnqilabi texnologiya: Mikrobların köməyi ilə təbiətə zərər verməyən plastik hazırlanır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kanadanın Vaterloo Universitetinin tədqiqatçıları qida tullantılarını bioparçalanan plastikə çevirməyə imkan verən inqilabi texnologiya hazırlayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə nüfuzlu "ACS ES&T Engineering" jurnalında dərc olunmuş materialda qeyd edilib.
Yeni texnologiya yumşaq və elastik plastik istehsalını mümkün edir. Bu isə qida örtüklərinin hazırlanması, dərman maddələrinin çatdırılması, zədələnmiş toxumaların və orqanların bərpası kimi bir çox sahədə istifadə üçün böyük perspektivlər açır.
Tədqiqatçılar PHA tipli plastik istehsalında "Pseudomonas putida" adlı torpaq bakteriyalarından istifadə ediblər. Onların sözlərinə görə, yeni material kompost çuxurlarında, torpaqda, şirin və ya duzlu suda təbii olaraq zərərsiz yan məhsullara parçalana bilir.
Hazırda elmi qrup bu bioplastiklərin iqtisadi cəhətdən daha sərfəli üsulla istehsalını araşdırır.
"Hazırda bakterial hüceyrələrin parçalanması və polimerin çıxarılması prosesi baha başa gəlir. Komanda bütün istehsal prosesini böyükmiqyaslı kommersiyalaşdırma üçün daha effektiv və qənaətcil ekstraksiya metodu üzərində işləyir" , - deyə tədqiqatın müəllifləri bildiriblər.
Seçilən
37
50
oxu.az

10Mənbələr