AZ

Bu məhsullar bahalaşdı — Yeni qiymətlər

Bir neçə gündür ki, bölgələrdə süd məhsullarının qiyməti artıb.
 
Hazırda südün litri 1 manata təklif olunur. Bir həftə əvvəl südün bir litri 70-80 qəpiyə satılırdı. 

Bundan əlavə, şorun da qiymətində 20-30 qəpik artım müşahidə olunur. Hazırda şorun bir kiloqramı 1 manat, kənd pendirinin isə bir kilosu 6-7 manata satılır. 

Nehrə yağının da qiyməti kəskin artıb. 13-15 manata təklif olunan nehrə yağı hazırda bəzi bölgələrdə 17 manata satılır. 

Kənd yumurtasının da qiyməti qalxıb. Noyabr ayının əvvəlində 17-18 qəpiyə təklif olunan yumurtanın bir ədədi 35 qəpikdir. 

Seçilən
50
1
demokrat.az

9Mənbələr