AZ

Nostradamusun 2025-ci il ilə bağlı qorxulu proqnozları

Məşhur görücü Nostradamusun proqnozları sosial media istifadəçiləri arasında maraq yaratmağa davam edir. 16-cı əsrin məşhur görücüsü Nostradamus öz misralarında 2025-ci ilin bəşəriyyət üçün böyük transformasiya ili olacağını bildirib. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, Nostradamusun bəzi dördlükləri dünyanı yandıran temperaturlara və ekstremal hava hadisələrinə aiddir.

"Günəşdən gələn işıq dünyanı yandıracaq" kimi açıqlamalar iqlim böhranının 2025-ci ildə pik həddə çatacağı iddialarını gücləndirir.

Alimlərin də bununla bağlı xəbərdarlıq etməsi kahinin proqnozlarını daha da qorxulu edir.

Digər diqqətçəkən proqnoz isə geosiyasi gərginliyin artması ilə bağlıdır.

Nostradamusun dördlüklərində şimal və cənub arasında qarşıdurmaların qeyd edilməsi resurs müharibələrinin gələcəyin ən böyük təhlükəsi ola biləcəyini göstərir.

Nostradamus "dəmir insanlar" və "kiçik qutular" kimi simvollarla süni intellekt və texnologiyanın gələcək təsirlərinə işarə etmiş ola bilər.

2025-ci il bu transformasiyanın insan həyatını kökündən dəyişdirəcəyi il ola bilərmi?

"Göydən od kürəsi düşəcək" kimi ifadələr ağla mümkün asteroid zərbəsi və ya böyük bir vulkan püskürməsi gətirir.

NASA-nın 2025-ci il üçün açıqladığı kosmos hadisələri bu cür proqnozları marağın artmasına səbəb olur.

Bəzi şərhçilər iddia edirlər ki, Nostradamus bu ili təkcə fəlakətlər ili kimi deyil, həm də bəşəriyyət üçün oyanış və dirçəliş ili kimi görüb.

"Bəşəriyyət uzun yuxusundan oyanacaq" misrası bu dəyişikliyin xəbərçisi ola bilər.

Milli.Az

Seçilən
15
9
milli.az

10Mənbələr