AZ

Azərbaycanın düyü idxalı 35%-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 58 milyon 140 min ABŞ dolları dəyərində 55 min 961 ton düyü idxal edib.

Bu barədə Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 15 milyon 38 min ABŞ dolları (34,9%), həcm baxımından isə 8 min 287 ton (17,4%) çoxdur.

10 ayda düyü idxalı ölkənin ümumi idxalının 0.35%-ni təşkil edib.

Xatırladaq ki, ötən ilin 10 ayında Azərbaycan 43 milyon 102 min ABŞ dolları dəyərində 47 min 674 ton düyü idxal edib.

Fuad Mədətov
Fins.az

Seçilən
23
1
fins.az

2Mənbələr