AZ

Toyota "GR Supra"nın son xüsusi versiyasını təqdim etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Toyota şirkəti "GR Supra" sportkarının yeni xüsusi versiyasını - "Toyota GR Supra A90 Final Edition"ı təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
Məlumata görə, bu model istehsalı başa çatmaqda olan hazırkı nəsil "GR Supra"nın kulminasiya nöqtəsidir.
"Toyota GR Supra A90 Final Edition" şirkətin "Gazoo Racing" bölməsi ilə əməkdaşlıqda, yarışlarda əldə edilmiş təcrübəyə əsaslanaraq işlənib hazırlanıb.
Avtomobil üç litrlik mühərriklə təchiz olunub, onun gücü 250 kVt-dan (340 at gücünə) 320 kVt-a (435 at gücünə) yüksəlib. Yeni məhsulun maksimal sürəti 270 km/saatdır.
Həmçinin, dəyişdirilmiş asqıya və təkmilləşdirilmiş aerodinamikaya malik "Toyota GR Supra Lightweight Evo" təqdim olunub. Hər iki avtomobil üçün sifarişlər 2025-ci ilin yanvar ayından qəbul ediləcək.
Seçilən
51
50
oxu.az

10Mənbələr