AZ

"Varren Buffett: Sərvətimi övladlarıma yox, insanlığa buraxıram" - SƏHƏR OXUSU

150 milyard dollarlıq sərvətinin 99%-ni bağışlamağa söz verən "Warren Buffett" (Varren Buffett) bu sərvəti bölüşdürmək üçün üç nümayəndə təyin edib. Bu şəxslər Buffettin 71, 69 və 66 yaşlarında olan övladlarının sərvəti xeyriyyə məqsədləri üçün bölüşdürə bilmədən vəfat etmələri halında bu vəzifəni icra edəcəklər.

Buffett mövzu ilə bağlı yazdığı məktubunda sərvət sülaləsi yaratmaq istəmədiyini, belə bir sülalənin şəxsi inkişafı zəiflədə biləcəyini və münasibətləri mürəkkəbləşdirə biləcəyini bildirib.

Təxminən 150 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin 6-cı adamı olan və "Berkshire Hathaway" şirkətinin CEO-su olan Buffett, “sülaləvari” zənginlik yaratmağa qarşı olduğunu vurğulayıb.  

Əfsanəvi investor Buffett daha əvvəl sərvətinin 99%-ni bağışlamağa söz verdikdən sonra, son olaraq xeyriyyə işlərini nəzarətdə saxlamaq üçün üç müstəqil nümayəndə təyin edib. Bu üç nəfər, Buffettin uşaqlarının ölümləri halında onların miraslarını xeyriyyə məqsədlərinə uyğun olaraq bölüşdürməklə məsul olacaq.  

94 yaşlı Buffett ailəsinə aid dörd fonda daha 1,1 milyard dollarlıq "Berkshire Hathaway" səhmləri bağışladığını da açıqlayıb.  

“Omaha kahini” ləqəbli Buffett sərvətini niyə övladlarına buraxmadığını açıqlayarkən “sərvət sülalələrinin” şəxsi inkişafı zəiflədə biləcəyini, münasibətləri mürəkkəbləşdirə biləcəyini və gələcək nəsillərin bu sərvəti necə idarə edəcəklərinin bilinməzliyinin sosial qeyri-müəyyənliklər yarada biləcəyini vurğulayıb.  

Buffett iki gün əvvəl yaydığı məktubunda bunları bildirib: “Sülalə yaratmaq və ya övladlarımın sərhədini aşan bir plan qurmaq istəməmişəm. Hər üçünü çox yaxşı tanıyıram və onlara güvənirəm. Gələcək nəsillər isə başqa bir məsələdir. Dəyişən xeyriyyə mühiti şəraitində böyük sərvətin bölüşdürülməsi üçün gələcək nəsillərin prioritetlərini, ağıllarını və sadiqliklərini kim proqnozlaşdıra bilər ki?”  

2006-cı ildən bu yana ailə fondlarına illik ianələr edən Buffett övladlarının idarəetmə qabiliyyətlərinə və xeyriyyə işlərinə olan maraqlarına illər ərzində güvəninin artdığını vurğulayıb:  

“2006-2024 dövrü hər bir övladımı iş başında müşahidə etmə şansı verdi və onlar böyük miqyaslı xeyriyyəçilik və insan davranışları haqqında çox şey öyrəndilər. Maddi baxımdan rahat olmağı sevirlər, amma zənginliklə məşğul deyillər. Bu dəyərləri öyrəndikləri anaları onlarla fəxr edərdi. Mən də onlarla fəxr edirəm.”  

"Warren Buffett" 1952-ci ildə 22 yaşında olarkən "Susan Thompson" (Süzan Tompson) ilə evlənib. Bu evlilikdən Syuzi, Hovard və Piter adlı üç övladı olub. Cütlük 1977-ci ildən ayrı yaşasalar da, Tompsonun 2004-cü ildə vəfatına qədər evli qalıblar.  

Rəhim

Seçilən
24
valyuta.az

1Mənbələr