AZ

DİQQƏT: Saat 12-dək evdən çıxmayın - Həkim bu xəstəliyi olanlara SƏSLƏNDİ

Xəbər verildiyi kimi, Yer kürəsində orta-güclü maqnit qasırğası başlayıb. Geomaqnit təsirin 6 bal gücündə olacağı proqnozlaşdırılır.

Qasırğanın bu gecə saat 00:00-dan başlayan pik dövrü bu gün saat 12:00-a qədər davam edəcək.

Maqnit qasırğasının səhhətimizə hansı təsirləri var? Kimlər daha ehtiyatlı olmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, qış fəslinə keçiddəyik və bu dönəm tənəffüs sistemində problemlər olanlar, allergiyalı şəxslər, ümumiyyətlə immun sistemi zəif olanlar daha həssasdırlar. Onun sözlərinə görə, belə insanlar maqnit qasırğasından daha da çox təsirlənəcəklər:

"Bu dönəmdən xroniki xəstəliyi olan insanlar daha çox əziyyət çəkəcəklər. Arterial təzyiqin artması da müşahidə olunacaq”.

Günay Lətifova, həkim-terapevt

Bəs belə şəxslər bu dönəmdə neynəməlidirlər? Həkim məsləhət görür ki, nəinki xroniki xəstəliyi olanlar, ümumiyyətlə sağlam insanlar belə bu dönəmdə məcbur olmadıqları müddətdə çölə çıxmasınlar, özlərini qorusunlar.

Müsahibimiz qeyd edib ki, bu dönəmdə kim özünü pis hiss edərsə, mütləq həkimə müraciət etsin, özbaşlarına heç bir müdaxilə etməsinlər.

Nuriyyə Musayeva

Seçilən
67
bakivaxti.az

1Mənbələr