AZ

Baş məşqçi işdən qovulur - Son qərar veriləcək

"Beşiktaş" komandasının azarkeşləri Covanni Van Bronkhorstun getməsini tələb edirlər. 

News24.az xəbər verir ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin 5-ci turunda  “Beşiktaş” evdə “Makkabi”yə (Təl-Əviv, İsrail) 1:3 hesabla məğlub olub. 

Uğursuz çıxışlarını sıralayan "Beşiktaş” azarkeşlərin haqlı tənqidlərinə məruz qalıb. Baş məşqçinin uğursuzluğu, artıq klub rəhbərliyinin də məyusluğuna gətirib çıxarıb. Covanninin komdandadan qovulması an məsələsidir. Bu günlərdə klub rəhbərliyi son qərarını verəcək.

Qeyd edək ki,  “Beşiktaş” Liqa mərhələsinin turnir cədvəlində 6 xalla 22-ci pillədə qərarlaşıb. 

Ağa Dadaşzadə

Seçilən
17
news24.az

1Mənbələr