AZ

BMT: Livanlılar atəşkəsdən sonra evlərinə qayıdırlar



Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Suriya ofisi, atəşkəsdən sonra 3 min qaçqın livanlının evlərinə qayıtdığını açıqladı.


İsrail və Livan arasında atəşkəs razılaşması çərşənbə günü qüvvəyə minib. İsrail təhlükəsizlik kabineti atəşkəsi 1 əleyhinə 10 səslə qəbul edib. ABŞ prezidenti Bayden bildirib ki, Livan ordusu 60 gün ərzində onun ərazisinə nəzarəti ələ keçirəcək. Qəzzada atəşkəs üçün Türkiyə, Misir və Qətərlə çalışacaqlarını bildirən Bayden, "İsrailin özünü müdafiə haqqı qorunacaq" dedi. BMT QAK Suriya Ofisi sərhəddəki sığınacaqlarda qalan 3 min livanlının atəşkəsdən sonra evlərinə qayıtdığını açıqlayıb.

BMT-nin Fələstin Agentliyi olan UNRWA verdiyi açıqlamada, "Livanda artan zorakılıq səbəbiylə həftələrdir davam edən qeyri-müəyyənlik və qorxudan sonra, atəşkəs razılaşmasından sonra ailələr UNRWA-nı tərk etməyə başladılar" dedi.

aia.az
Tərcümə şöbəsi



Seçilən
24
10
aia.az

10Mənbələr