AZ

Əhalinin dərman vasitələri üzrə xərcləri minimuma endiriləcək – Qanuna dəyişiklik

Bakı. Trend:

Əhalinin dərman vasitələri üzrə xərcləri minimumaendiriləcək.

Trend-inməlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığınınqorunması haqqında” və “Tibbi sığorta haqqında” AzərbaycanRespublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunlayihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, dəyişikliklər əhalinin dərman vasitələrinə olanehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın vəkeyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarınınqorunmasına hüquqi zəmin yaradacaq.

Layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərintəkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinindərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının vədərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədiləbir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub.Qeyd olunub ki, qanun layihəsinin qəbulu icbari tibbi sığortanınəsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbixidmətlərin göstərilməsini təmin edəcəkdir.

Bundan başqa layihədə icbari tibbi sığorta üzrə ambulator dərmanvasitələrinin kompensasiya şərtləri (yeni 15-15.3-1-ci maddə),icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərmanvasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbisığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimiməsələlər öz əksini tapıb.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Məqalədə:
Seçilən
34
18
az.trend.az

10Mənbələr