AZ

"Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi son oxunuşda təsdiqlənib

“Daşınar əmlakın yüklülüyü haqqında” qanuna təklif edilən dəyişikliklər son oxunuşda təsdiqlənib.

“İki sahil” xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir. Həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunur.

Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Seçilən
5
10
ikisahil.az

10Mənbələr