AZ

Cavadovun qətlində şübhəli bilinən rus futbolçu həbs edildi

Rusiyanın 4-cü liqasında mübarizə aparan "Kvant" klubunun futbolçusu Vitali Melnikov qətldə şübhəli bilinərək həbs edilib.

Fanat.Az yerli mətbuata istinadən məlumatına görə, Kaluqa vilayətinin 6 sakini və sözügedən oyunçu gələn ilin yanvarına qədər həbsdə qalacaqlar.

Hadisə oktyabrın 31-də baş verib. Cinayətkarlar Çexov şəhəri yaxınlığındakı meşədə iş adamı Samrat Cavadovu döyərək ona müxtəlif işgəncələr veriblər. Həmin şəxs huşunu itirəndən sonra cinayətkarlar qaçıblar, zərərçəkən isə ölüb.

Cavadovun cəsədini hadisədən iki həftə sonra anası tapıb.

Qeyd edək ki, 21 yaşlı Melnikov bu ilin sentyabrında qanunsuz idman mərclərinə görə 6 ay müddətinə diskvalifikasiya edilmişdi.

Nihat

Seçilən
9
11
fanat.az

10Mənbələr