AZ

Dubayda başlarına iş gəldi

İnfluenserlər Həmidə Səlimova (Hemistyle) və Nərmin Kazımzadənin Birləşmiş Ərəb Əmirliklərində xoşagəlməz hadisə ilə üzləşiblər.

OLAY yazır ki, bu haqda Həmidə instaqram səhifəsində yayımladığı videoaçıqlamada məlumat yayıb.

Səlimova bildirib ki, “Dubai mall”da Kazımzadə çantasını itirib:

“Salam Dubay. Səni görməyə çox şadam amma bu formada yox. Dünən nə olub? Bizim Dubaydan növbəti uçuşumuza 3 saat vaxt var idi. Bizdə qərar verdik ki, “Dubai mall”a gedib, orada alış-veriş edək. Kofe içək və hava limanında gözləməyək. Alış-verişə başımız o qədər qarışdı ki, Nərmin çantasını itirdi. Avtomobilə əyləşdik, artıq getməyə hazırlaşırdıq. Nərminə dedim ki, mənə bir ədəd başağrısı dərman ver. Cavab verdi ki, çantamdadır, gözlə verirəm. Baxdı ki, çanta yoxdur. Saat artıq 23:00 idi və demək olar ki mağazaların artıq çox hissəsi bağlı idi. Ən sonda isə biz marketə getmişdik. Axtardıq, çəkdiyimiz şəkillərə baxdıq amma çanta yox idi. İtən əşyaların olduğu bir yer var. Orada baxdıq amma çanta oradada yox idi. Nəticədə bizim digər uçuşumuzun biletləri batdı. Gülə-gülə danışdığıma baxmayın, əsəbimdən “siniz krizi” keçirmişəm. Başımın ağrısı qarışdı mədəmə, mədəm isə qarışdı başımın ağrısına. Nə isə… Biletlərimiz yandı. Nərminin həyat yoldaşı Zöhrab bəy getdi bizim gedecəyimiz yerə. Biz isə qaldıq burada Dubayda. Gözləyirik ki, bizə zəng gəlsin. İnşallah Nərminin çantası oğurlanmayıb, tapılar. Çantanın içində isə pasportlar var. Olacaqları artıq düşünə bilmirəm. Gözləyirik! Bilmirəm, gedəcəyimiz yerə hansı zamana bilet tapacayıq. Hazırda Allaha ümid oturub, kofemizi içirik, səhər yeməyimizi yemişik. Görək başımıza nə gəlir”.

Seçilən
33
olay.az

1Mənbələr