AZ

Azərbaycan səfiri etimadnaməsini Şri-Lanka Prezidentinə təqdim edib

Noyabrın 28-də Azərbaycan Respublikasının Şri-Lanka Demokratik Sosialist Respublikasındakı yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini bu ölkənin Prezidenti Anura Kumara Dissanayakeyə təqdim edib.

Azərbaycanın bu ölkədəki səfirliyindən APA-ya verilən xəbərə görə, paytaxt Kolombo şəhərində keçirilmiş rəsmi təqdimetmə mərasimindən sonra səfirlə söhbət zamanı Prezident Dissanayake onu təyinatı münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını ona çatdırıb. Şri-Lankanın dövlət başçısı minnətdarlığını bildirərək öz növbəsində onun səmimi salamlarını həmkarına çatdırmağı xahiş edib.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, ikitərəfli əlaqələrin daha da genişləndiriməsinin vacibliyi vurğulanıb.

Həmin gün səfirin Şri-Lankanın xarici işlər naziri Vijitha Heratla baş tutmuş görüşündə ölkələrimiz arasında siyasi, iqtisadi-ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub, əlaqələrin daha da inkişafı üçün praktiki addımların və nəticə yönümlü fəaliyyətlərin həyata keçirilməsi razılaşdırılıb.

Həmsöhbətlərə Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri, o cümlədən ölkəmizin iqlim dəyişikliyi üzrə fəaliyyət gündəliyi və qlobal təşəbbüsləri barədə məlumat verilib.

Seçilən
29
50
apa.az

10Mənbələr