AZ

İsrailin Qəzza hücumlarında indiyədək 1050 tibb işçisi həlak olub

İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 1050 tibb işçisi həyatını itirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin rəsmisi Doktor Həcc İsrailin 7 oktyabrdan indiyədək  davam edən hücumlarında 1050 tibb işçisinin şəhid olduğunu, 100-lərlə işçinin yaralanıb fəaliyyət qabiliyyətini itirdiyini, 310 tibb işçisinin isə İsrail tərəfindən həbs edildiyini bildirib.

Aylardır davam edən hücumlarda  tibb heyətinin 70-ini itirən Qəzzada xəstəxanaların qalan yüzdə 30-u ilə xidmət göstərməyə çalışdıqlarını ifadə edən Həcc, Qəzzaya sağlamlıq yardımı edilməsini istəyib.
 
Cəmalə
Seçilən
5
azxeber.com

1Mənbələr